Ermənilər Tovuzda bir qadını yaralayıblar
24 Yanvar 2014 13:47 KriminalÖtən gecə ermənilərin açdığı atəş nəticəsində yaralanan Tovuzun Əlibəyli kənd sakini, 28 yaşlı Ruhəngiz Əhməd qızı Hüseynovanın vəziyyəti normaldır.
Hazırda qadının müalicəsi davam edir. Onu müalicə edən Tovuz Rayon Mərkəzi Xəstəxanasının həkimi Kəmaləddin Abbasovunverdiyi məlumata görə, qadının həyatı üçün təhlükə artıq sovuşub.Qeyd edək ki, ötən gecədən başlayaraq erməni silahlı qüvvələri Tovuzun cəbhə xəttinə yaxın kəndləri atəşə tutub. Ermənilər təxminə 10 saata qədər Tovuzun Əlibəyli, Hacallı, Muncuqlu, Ağdam və Qaralar kəndlərini atəş altında saxlayıblar.
Ermənilərin açdığı atəş nəticəsində Tovuzun Əlibəyli kənd sakini, 28 yaşlı Hüseynova Ruhəngiz Əhməd qızı ayaq nahiyəsindən yaralanıb. Ümumilikdə Əlbəyli kəndi təmas xətti boyunca yerləşdiyindən əhalinin həyətlərində sərbəst gəzmələri olduqca təhlükəlidir.
Bundan başqa, Ermənistan silahli qüvvələri son bir ayda cəbhədə fəalliq nümayiş etdirməkdədir. ans