Lənkəran və Mingəçevirdə silah-sursat tapılıb

Lənkəran və Mingəçevirdə silah-sursat tapılıb.
Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Lənkəran ŞRPŞ əməkdaşları tərəfindən Sütəmurdov kəndinin ərazisindən 4 ədəd "TM-62" markalı tank əleyhinə mina, 80 ədəd patron və 3 ədəd mərmi başlığı tapılıb və müvafiq qaydada zərərsizləşdirilib.

Mingəçevir ŞPŞ əməkdaşları tərəfindən isə Sahil küçəsindəki məişət tullantıları sahəsindən "Naqan" tipli tapança, 9 ədəd patron darağı, 3 ədəd tüstü verici şaşka və 121 ədəd müxtəlif çaplı patron tapılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31