Bakıda təzə gəlindən dəhşətli əməl

Yenicə ailə həyatı quran 20 yaşlı qadın özünü evdə asıb

Bu gecə saat 01:00 radələrində Bakının Nərimanov rayonunda yeni ailə həyatı quran təzə gəlin özünü öldürüb. Nərimanov rayon Polis İdarəsi 17-ci polis bölməsindən  verilən məlumata görə, Çermet qəsəbəsi, Ə.Əliyev küçəsi 38 ünvanında yaşayan 1993-cü il təvəllüdlü Səfiyyə Ələkbər qızı Ağayeva evdə intihar edib. 20 yaşlı qadın özünü evin dəhlizində asıb. Onun meyitini ailə üzvləri asılmış halda tapıblar.
Qeyd edək ki, Səfiyyə Ağayeva yenicə ailə həyatı qurubmuş. Qadının səhəhtinin normal olduğu bildirilir. Onun nə səbəbdən intihar etdiyi araşdırılır.
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir. ans

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31