Bakıda dəhşətli zəncirvari qəza
Binə qəsəbəsində baş verən qəzada 4 maşın toqquşub, 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb
24 Yanvar 2014 11:20 KriminalBu gecə saat 01:00 radələrində Bakının Xəzər rayonu ərazisində ölümlə nəticələnən zəncirvari yol qəzası baş verib. Xəzər rayon Polis İdarəsi 1-ci polis bölməsindən verilən məlumata görə, dəhşətli qəza Binə qəsəbəsi ərazisində baş verib. Hadisəni isə "VAZ-2107" markalı, 90 EL 755 dövlət nömrə nişanlı avtomobil törədib. Avtomobilin sürücüsü Fuad Mustafayev avtomobili sürətlə hərəkət edərkən qarşıdakı Səxavət Sadıqovun idarə etdiyi "Mercedes" markalı, 90 VN 732 dövlət nömrə nişanlı avtomobilə çırpılıb. Daha sonra idarəetməni itirərək "Toyota Prado" və "Ford" markalı avtomobillərə çırpılıb.
Qəza nəticəsində avtomobildə olan "VAZ-2107" avtomobilin sürücüsü Fuad Mustafayev, onun sərnişinləri Muxtar Şirvanı ağır yaralanıb. Digər sərnişin 1988-ci il təvəllüdlü Anar Sədulla oğlu Şirvanı dünyasını dəyişib. Onun Muxtar Şirvaninin qardaşı olduğu bildirilir.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır ans