Bərdədə 1, Mingəçevirdə 3 otaqlı ev yanıb

Bərdə rayonu, Qazıqurdalı kəndində vətəndaşa məxsus ümumi sahəsi 20 kv.m olan 1 otaqlı evdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, ynğın nəticəsində evin tavanı və ev əşyaları qismən yanıb. Evin qalan hissəsi və bitişik talvar yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Mİngəçevir şəhərində də vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan birmərtəbəli 3 otaqlı evin mətbəxində 4 kv.m sahədə mətbəx mebeli yanıb. Ev yanğından mühafizə olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31