Tortun içərisindən telefon çıxdı

Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2; 320.1 və 66.3 maddələri ilə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Elşən Əliməstan oğlu Aslanovun yanına qısamüddətli görüşə gəlmiş qaynı vətəndaş Heydər Rahil oğlu Nağızadənin gətirdiyi sovqata baxış keçirilib. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə, baxış zamanı tort qabının altındakı kartona izolyasiya edilmiş vəziyyətdə 2( ədəd "Nokia-5310" markalı mobil telefon aparatı, 1 ədəd adi və 1 ədəd naqilsiz qulaqcıq və mobil telefon aparatı üçün elektrik qidalandırıcısının hissələri aşkar edilərək götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31