Biləcəridə yanğın
23 Yanvar 2014 15:51 KriminalBu gün 14:50 radələrində Bakının Binəqədi rayonu Biləcəri qəsəbəsində dəhşətli yanğın baş verib. Fövqəladə Hallar Komissiyası Dövlət Yanğından Mühafizə Xidmətindən verilən məlumata görə, yanğın məscid yaxınlığındakı yaşayış evlərində olub. Hadisə yerinə birinci çağırışla 3 yanğınsöndürən maşın cəlb olunub. Alovun digər evlərə keçməsinin qarşısı alınıb. Yanğının söndürüldüyü deyilir. Hadisə zamanı xəsarət alan olmayıb.Yanğının elektrik qısaqapanması zamanı baş verdiyi bildirilib. ans
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31