Gülər Əhmədova Elşad Abdullayevin tələb etdiyi pulları qaytaracağına söz veribmiş

Bu gün Bakı Apelyasiya Məhkəməsində sabiq millət vəkili Gülər Əhmədova barəsində başlamış cinayət işi üzrə apelyasiya məhkəməsi keçirilib. Lent.az-ın məlumatına görə, hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən iclasda Gülər Əhmədovanın ailə üzvləri, qohumları, jurnalistlər, habelə keçmiş deputatın əsgərlikdən yeni qayıtmış oğlu Toğrul Əhmədov da iştirak edib.  İclas zamanı sabiq vəkili Əfsər Talıbov 3 vəsatətlə çıxış edib. İlk vəsatət G. Əhmədovanın dəmir barmaqlar arasından çıxarılaq vəkilinin yanında əyləşməsi ilə bağlı olub. Hakim bu vəsatəti təmin etməyib. İkinci vəsatət məhkəmə salonunda audio-video çəkilişinin aparılması ilə bağlı olub. Hakim İ. Murquzov bu xahişi də yerinə yetirə bilməyəcəklərini deyib. Daha sonra vəsatət isə E. Abdullayevin çəkdiyi videolara rəy vermiş ekspertin məhkəməyə dəvət olunması ilə bağlı olub. Bundan sonra məhkəmə fasiləyə yollanıb. Proses günün ikinci yarısında davam etdiriləcək.

Qeyd edək ki, iclas zaman G. Əhmədova məhkəməyə Cinayət Prosessual məcəllənin  bir neçə maddə və bəndinin çıxarılmasının və yalnız bu təqdirdə hazırkı prosesin davam etdirə biləcəyini deyib: "Bir məşhur kinoda da deyilir. Bu kino ki, var bu çox qəliz məsələdir. Həm də ciddi. Həqiqətən də burda insan taleyi həll olunur. Əgər işə 1-ci instansiya məhkəməsindəki kimi işə baxılacaqsa, yuxarıda qeyd etdiyim maddələr Azərbaycan qanunlarında  yoxdur".

Onu da bildirək ki, məhkəmə zamanı Gülər Əhmədovanın ilkin istintaq verdiyi ifadə üzə çıxıb. Əhmədova istintaqa Elşad Abdullayevin tələb etdiyi pulları hissə-hissə geri qaytaracağına söz veribmiş. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31