Heydər Əliyev Mərkəzində dəhşətli yanğın VIDEO
Yanğın bütün binanı bürüyüb
20 İyul 2012 13:44 KriminalHeydər Əliyev Mərkəzində qəfil və dəhşətli yanğın başlayıb. Bu barədə "OLAYLAR"a hazırda hadisə yerində olan şahidlər məlumat verib. Məlumata görə, yanğın hadisəsi 11:30 radələrində başlayıb. Başlamış yanğın bütün binanı bürüyüb. Yanğını söndürmək üçün əraziyə 50-dən artıq yanğınsöndürmə briqadası cəlb edilib. Yanğının tüstüsü şəhərin əksər yerlərini bürüyüb, Nərimanov rayonu ərazisinin bir hissəsi qara tüstüdən görünmür. Hadisə yerinə fövqəladə hallar naziri Kəmaləddin Heydərov, nəqliyyat naziri Ziya Məmmədov, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, Nərimanov rayonunun icra başçısı və digər vəzifəli şəxslər gəlib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin 2 yanğınsöndürən helikopteri cəlb edilsə də, hazırda yanğının qarşısını almaq mümkün olmayıb. Yanğının bunanın dam örtüyündən başladığı ehtimal edilsə də, binanın daxilində də alov başlayıb. Hadisə nəticəsində paytaxtın Heydər Əliyev prospekti və ətraf küçələr də bağlanıb, nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Əraziyə heç kim buraxılmır.