Cəlilabadda tövlə külə dönüb
23 Yanvar 2014 14:22 KriminalCəlilabad rayonu, Adnalı kəndində vətəndaşa məxsus tövlədə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən "OLAYLAR"a verilən məlumata görə, yanğın zamanı ümumi sahəsi 96 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 40 kv.m sahədə yanıb. Tövlənin qalan hissəsi, içərisinə yığılmış 1 ton ot bağlaması və tövləyə bitişik ümumi sahəsi 36 kv.m olan digər tövlə yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31