Bakıda homoseksual gənc özünü öldürüb

Bu gün saat 14 radələrində Bakı şəhərinin Yasamal rayonu ərazisində intihar hadisəsi baş verib. Paytaxt sakini, 1993-cü il təvəllüdlü İsa Şahmarlı özünü İslam Səfərli küçəsində evdə bayraqdan asıb. Ağır vəziyyətdə xəstəxanaya aparılan gənc oğlanın həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, intihar edən gənc Azərbaycanda homoseksualların hüquqlarını müdafiə edən Azad LGBT təşkilatının sədridir. O, bir neçə il əvvəl gey olduğunu ailəsinə və dostlarına bildirib. Lent.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31