Kameranın sanitar qovşağında telefon aşkar olundu
22 Yanvar 2014 15:18 KriminalƏdliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 və 66.5 maddələri ilə təqsirli bilinərək məhkum olunmuş və hal-hazırda Bakı Ağır Cinayətlər Məhkəməsinin hesabında olan Vasif Vaqif oğlu Məmmədovun kamerasına baxış keçirilib. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə, baxış zamanı sanitar qovşağında işıqlandırıcı cihazın içində gizlədilmiş 1 ədəd "Nokia" markalı mobil telefon aparatı aşkar olunaraq götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31