Məhbusun balışından telefon çıxdı
22 Yanvar 2014 15:17 KriminalƏdliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3 maddəsi ilə təqsirli bilinərək həbs edilmiş Zaur Adil oğlu Abdullayevin kamerasına baxış keçirilib. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə, baxış zamanı onun çarpayısının üstündəki balışın altında gizlədilmiş 1 ədəd "Kenxida" markalı mobil telefon aparatı aşkar olunaraq götürülüb. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31