Masallıda iki nəfər evlə birlikdə yandı

Masallıda evdə baş verən yanğın zamanı iki nəfər yanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, ynvarın 21-də saat 23 radələrində Masallı rayonu Qızlavar kənd sakini Ağaddin Ağayevə məxsus 6 otaqlı evdə yanğın baş verib. Nəticədə 130 kvm. sahədə evin yanar konstruksiyaları və oradakı əşyalar yanmış, yanıq xəsarəti almış A.Ağayev və qonşusu Mikayıl Quliyev xəstəxanaya yerləşdirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31