DİN Qaxda ovçunun ölümü ilə bağlı məlumat yaydı
22 Yanvar 2014 14:52 KriminalDaxili İşlər Nazirliyi Qax rayonunda baş verən bədbəxt hadisə ilə bağlı məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, yanvarın 17-də Qax rayonu Ağçay kəndinin ərazisində yerləşən "Qaradağ" adlandırılan dağlıq ərazidə ov edən kənd sakini Bədrəddin Babayev ehtiyatsızlığı nəticəsində yıxılaraq ölüb. B.Babayevin cəsədi yanvarın 21-də dərədən çıxarılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31