Abşeronda dəhşətli qəza, ata və oğlu öldü, iki nəfər ölümcül yaralandı

Daxili İşlər Nazirliyi Abşeronda baş verən dəhşətli qəza barədə məlmat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, yanvarın 21-də saat 23 radələrində Abşeron rayonu Müşfiq qəsəbəsinin ərazisində qəsəbə sakini Gəray Mehralıyevin idarə etdiyi "VAZ-2107" markalı və Cəlilabad rayon sakini Azad Səlimovun idarə etdiyi "Ford-Tranzit" markalı avtomobillər toqquşub. G.Mehralıyev və sərnişini - oğlu Vüsal hadisə yerində ölüb, A.Səlimov və sərnişini - İlham Musayev xəstəxanaya yerləşdirilib.  BDYPİ tərəfindən araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31