Bakıda aptekdə külli miqdarda narkotikalı dərman aşkarlandı
22 Yanvar 2014 14:31 KriminalBakıda daha bir aptekdə psixotrop dərman satışı aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Xuraman Mustafayeva özünə məxsus "Vidal" aptekində psixotrop maddələr qrupuna aid olan "Rivatril" dərman preparatını satarkən tutulub. Aptekə baxış zamanı 270 həb "Rivotril və 60 ədəd "Fenibut" dərman preparatları aşkar edilərək götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31