Xüsusi üsulla yetişdirilən 298 ədəd marixuana kolu aşkar edilib

Ağdaş rayon sakininin həyətindən xüsusi üsulla yetişdirilmiş külli miqdarda marixuana kolu aşkar edilib. Ağdaş rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, polis əməkdaşları tərəfindən bu gün səhər saatlarında keçirilən əməliyyat tədbirləri zamanı İkinci Aral kənd sakini Əsgərov Əfqan Əsgər oğlunun həyətyanı sahəsinə şübhəli şəxs qismində baxış keçiriblər. Axtarış zamanı həyətdə xüsusi üsulla yetişdirilmiş 298 ədəd marixuana kolu aşkarlanaraq məhv edilib. Faktla bağlı Ağdaş rayon Polis Şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31