Şirniyyatın içərisində tiryək keçirmək istədi

Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasında saxlanılan, Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7 maddələrinə əsasən ömürlük azadlıqdan məhrum edilmiş məhkum Valeh Vaqif oğlu Bayramova vətəndaş Rahil İdris oğlu Tairovun gətirdiyi sovqata baxış keçirib. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə, baxış zamanı bişmiş şirniyyatın içərisində gizlədilmiş 3 bükümdə xalis çəkisi 7.141 qr olan narkotik vasitə "tiryək" və 1 bükümdə xalis çəkisi 0.32 qr olan narkotik vasitə "marixuana" aşkar olunaraq götürülüb. Fakt üzrə araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31