Qanunsuz satışa çıxarılan spirtli içki və siqaret aşkar edilib
21 Yanvar 2014 17:41 KriminalAzərbaycanın gömrük orqanları tütün məmulatlarının və spirtli içkilərin ölkəmizə qeyri-qanuni yollarla gətirilməsinə qarşı effektiv mübarizə tədbirlərini davam etdirir. DGK Mətbuat Xidmətindən "Olaylar"a verilən məlumata görə, bu günlərdə Aksiz Baş Gömrük İdarəsi Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində Azərbaycan vətəndaşı Mahmudov Xəyyam Məhəmməd oğlunun Bakı şəhəri, Nəsimi rayonu ərazisində icarəyə götürdüyü topdan satış mağazasından həmin mağazada ticarət fəaliyyəti ilə məşğul olan Ağayev Hamlet Həmidulla oğluna məxsus külli miqdarda aksiz markasız müxtəlif adda və həcmdə araqlar, həmçinin siqaretlər aşkar edilərək protokol əsasında götürülüb. Faktla bağlı araşdırma aparılır.