Azərbaycanda baş redaktor saxta əmək kitabçası satarkən yaxalanıb
21 Yanvar 2014 15:43 KriminalAzərbaycanda qəzet baş redaktoru dələduzluq etdiyi üçün yaxalanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində "Zəngəzurun səsi" qəzetinin baş redaktoru, Bakı şəhər sakini Yavər Nuriyev paytaxt sakini Hüseynağa Məmmədova işləməsi barədə saxta əmək kitabçasını 1500 manata satarkən tutulub. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31