Bakıda daha 3 nəfər zəhərlənib öldü
21 Yanvar 2014 14:20 KriminalAzərbaycanda daha 3 nəfər zəhərlənmədən ölüb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, yanvarın 19-da Binəqədi rayon sakini Cəfər İsmayılov, yanvarın 20-də Gəncə şəhər sakini Rasim Hüseynzadə mənzillərində dəm qazından zəhərlənərək ölüblər, yanvarın 19-da Bakı şəhər sakini Ayaz Nəcəfov kimyəvi məhluldan (rastvoritel) zəhərlənmə ilə xəstəxanaya gətirilib və yanvarın 20-də orada ölüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31