Daha bir silahlı şəxs tutuldu
21 Yanvar 2014 14:07 KriminalBakıda daha bir qanunsuz silah saxlayan şəxs tutulub. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Yasamal RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Qəndəli Məlikovun evindən 1 ədəd nömrəsi silinmiş "AK-74" markalı silah, 1 ədəd patron darağı və 21 ədəd patron götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31