Astarada narkotik dərmanlar satan aptek aşkarlandı

Astarada aptekdən külli miqdarda psixotrop dərmanlar aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Astara rayonunun Pensər kənd sakini Fariz Nəsirova məxsus aptekdə psixotrop maddələr qrupuna aid olan 8 ampula "Sibazon", 34 ampula "Diazepam", 10 həb "Alprozolam", 170 paket "Kalsiypermanqanat", 5 ampula "Krka", 5 flakon "Tropin", 800 həb "T-dol", 100 həb "Azaleptin", 25 həb "Tezertsin", 130 həb "Aminazin", 30 həb "Qluferal", 40 həb "Etambutol", 200 həb "İzoneazid", 110 həb "Pirazenamid", 40 həb "Gilbotex", 150 həb "Dimenhidrinate", 190 həb və 10 ampula "Qaloperidol" aşkar edilərək götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31