“Pal süd” dən telefon çıxdı

Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Qobustan həbsxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1; 68.1 və 67.1 maddələri ilə azadlıqdan məhrum edilmiş Firdovsi Elşad oğlu Mustafayevin qohumu Rəvan Cəlal oğlu Sevdimovun gətirdiyi sovqata baxış keçirilib. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə, baxış zamanı "Pal süd" məhsulu olan qabın içində xüsusi üsulla düzəldilmiş gizli saxlanc yerindən 2 ədəd "Samsung" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb. Fakt üzrə araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31