Köşkdə baş verən yanğın avtomobili əridib

Bakı şəhəri, Yasamal rayonunda vətəndaşa məxsus ümumi sahəsi 5 kv.m olan taxta konstruksiyalardan ibarət gözətçi köşkü yanıb. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, yanğın zamanı yüksək temperaturdan yaxınlıqda dayanmış "Kia" markalı minik avtomobilinin arxa buferi əriyib. Avtomobilin qalan hisəsi və yaxınlıqda olan digər avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31