Neftçalada köşk yanıb

Neftçala şəhərində vətəndaşa məxsus ümumi sahəsi 8 kv.m olan təmir köşkündə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, nəticədə köşkün dam örtüyünün yanar konstruksiyası 3 kv.m sahədə yanıb. Köşkün qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
9 mərtəbəli bina yanğından xilas edilib
Bakı şəhəri, Sabunçu rayonunda doqquzmərtəbəli yaşayış binasının girişində vətəndaşa məxsus ümumi sahəsi 2 kv.m olan ayaqqabı təmiri köşkündə yanğın qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, yanğın zamanı köşkün içərisindəki əşyalar yanıb. Yaxınlıqdakı mənzillər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31