Ağcabədi rayonu, Hüsülü kəndində ümumi sahəsi 64 kv.m olan birmərtəbəli 3 otaqlı evdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, yanğın zamanı evin tavanı, dam örtüyü və içərisində olan əşyalar qismən yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31