Azərbaycanda hərbi qulluqçular olan maşın qəzaya uğradı

Hadisə nəticəsində xəsərət alan 3 hərbi qulluqçu cəbhə bölgəsində yerləşən hərbi hospitala yerləşdirilib

Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinə məxsus hərbi maşın qəzaya uğrayıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, ötən gün cəbhə bölgəsində içərisində 3 hərbi qulluqçunun olduğu hərbi maşın qəzaya uğrayıb.Xəsərət alan hərbi qulluqçular cəbhə bölgəsində yerləşən hərbi hospitala yerləşdirilib. Nazirlikdən bildiriblər ki, hospitalda olan hərbi qulluqçuların vəziyyətləri normaldır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31