Ötən il 3 prokuror işdən qovulub
17 Yanvar 2014 18:03 KriminalÖtən il Bakı şəhəri üzrə prokurorluq orqanlarından 3 nəfər qovulub. Bu barədə "OLAYLAR"a Bakı şəhər Prokurorluğundan məlumat verilib. Məlumata görə, 2013-cü ildə bu sahədə yol verdikləri kobud pozuntulara görə şəhər prokurorluq orqanlarının 14 əməkdaşı intizam məsuliyyətinə cəlb olunub. Həmin il həmçinin 2 əməkdaş prokurorluq orqanlarından xaric edilib, 1 əməkdaş isə vəzifədən azad edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31