Bakı Prokurorluğu əvvəlki illərdən bağlı qalan 4 qətl hadisəsinin üstünü açıb
3 əcnəbi və bir azərbaycanlını qətlə yetirənlər ələ keçib
17 Yanvar 2014 17:57 KriminalBakıda törədilən 4 qətl hadisəsinin üstü açılıb. Bu barədə "OLAYLAR"a Bakı şəhər Prokurorluğundan məlumat verilib. Məlumatda bildsirilir ki, Xətai rayonunda Hindistan Respublikası vətəndaşı Binod Kumarın, Nəsimi rayonunda İran İslam Respublikası vətəndaşı Həqzadə Mirəli Vəkil ağa oğlunun, Yasamal rayonunda Türkiyə Respublikasının vətəndaşı Mehmet Alim Halil oğlunun, Nərimanov rayonunda Nağıyev Rasim Tağı oğlunun qətlə yetirilmələri ilə əlaqədar bağlı qalmış cinayət işlərinin açılması təmin edilib. Hadisəni törədən şəxslər məsuliyyətə cəlb olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31