Ötən il Bakıda baş verən qətl hadisələrinin sayı artıb

19 quldurluq hadisəsi açılmamış qalıb

2012-ci illə müqayisədə ötən il Bakıda qətl və qildurluq hadisələrinin sayı artıb. "OLAYLAR"ın məlumatına görə, bu barədə Bakı şəhər Prokurorluğu məlumat yayıb. Məlumatda bildirilir ki, 2012-ci illə müqayisədə 2013-cü ildə 4 qəsdən adam öldürmə hadisəsi artıb. Bununla yanaşı, ötən il 2012-ci illə müqayisədə 19 quldurluq cinayətləri açılmamış qalıb. Prokurorluqdan bildiriblər ki, həmin işlərin tezliklə açılaraq təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi üçün intensiv və məqsədyönlü istintaq və əməliyyat-axtarış tədbirləri aparılacaq. Şəhər prokuroru tərəfindən bu istiqamətdə zəruri göstərişlər verilib, prokurorluq, daxili işlər orqanlarının istintaq və təhqiqat fəaliyyətində aşkar edilmiş nöqsanlar, qanun pozuntuları və süründürməçilik halları konkret misallarla göstərilməklə təhlil edilib onların aradan qaldırılması tələb edilib.

Məlumatda bildirilir ki, hesabat dövründə şəhər prokurorluğunda ümumilikdə 1436 vətəndaş edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31