Ötən il Bakı şəhər Prokurorluğunda 425 cinayət işinin istintaqı yekunlaşıb

2013-cü il ərzində Bakı .əhər Prokurorluğunda 425, daxili işlər orqanlarında isə 4277 cinayət işinin istintaqı tamamlanıb. "OLAYLAR"ın məlumatına görə, bu barədə Bakı şəhər Prokurorluğunda 2013-cü ilin yekunlarına dair hesabat tədbirində məlumat verilib. Məlumatda bildirilir ki, paytaxtın prokurorluq və digər hüquq mühafizə orqanlarının birgə hayata keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə baş vermiş qəsdən adam öldürmə, quldurluq cinayətlərinin, bağlı qalmış ölümlə nəticələnən yol nəqliyyat hadisələrinin açılması, narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi və bir sıra digər qanun pozuntularının qarşısının alınması təmin edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31