Texniki Universitetdə eyvan uçub: ölən və xəsarət alan var VIDEO
Təmir aparılan binada uçqun zamanı fəhlə 41 yaşlı Daşqın Vəliyev ölüb, 39 yaşlı Oqtay Məmmədov isə yaralanıb
17 Yanvar 2014 17:38 KriminalAzərbaycan Texniki Universitetində aparılan təmir tikinti işləri zamanı bədbəxt hadisə nəticəsində ölən 41 yaşlı Masallı rayon Ərəb kənd sakini Daşqın Çərkəz oğlu Vəliyev 3 uşaq atası olub.
Texniki Universitetin tərbiyə işləri üzrə prorektoru İsa Xəlilov hadisənin fəhlənin təhlükəsizlik geyimlərindən düzgün istifadə etmədiyi səbəbindən baş verdiyi qənaətindədir.
Hadisə yerində hazırda iş dayandırılıb. Tikinti aparan şirkət bədbəxt hadisə ilə əlaqədar matəm elan edib.
Faktla bağlı hazırda araşdırmalar davam edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31