Qaxda 6, Bakıda isə 4 otaqlı ev yanıb

Qax şəhərində vətəndaşa məxsus ümumi sahəsi 340 kv.m olan ikimərtəbəli 6 otaqlı evdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, nəticədə evin dam örtüyünün yanar konstruksiyaları 30 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 220 kv.m olan ikimərtəbəli 4 otaqlı evin 2-ci mərtəbəsində mansard 100 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31