Azərbaycanda korrupsionerlərdən 17 milyon manat alınıb

Bu gün Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində 2013-cü ilin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib. Tədbirdə bildirilib ki, il ərzində vətəndaşlardan daxil olmuş 1860 müraciətə baxılıb. İl ərzində məhkəməyə göndərilmiş cinayət işləri üzrə 40 milyon 92 min manat dəymiş ziyandan 17 milyon 236 min manatı istintaq dövründə ödətdirilib. Bu isə dəymiş ziyanın 42,9 faizidir. OLAYLAR

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31