Goranboyda narkomafiya üzvünün evindən 12 kilo narkotika tutuldu
16 Yanvar 2014 14:50 KriminalGoranboyda narkomafiya üzvünün axtarışları davam edir. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Goranboy RPŞ əməkdaşları əməliyyat məlumatı əsasında Qarqucaq kənd sakini Qulu Mehdiyevin evinə baxış keçirərkən oradan 12 kiloqram tiryək və dərman preparatları aşkar edilərək götürüblər.
Q.Mehdiyevin tutularaq istintaqa cəlb edilməsi üçün əməliyyat-axtarış tədbirləri görülür.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31