Bakıda odlu silahla törədilən qətlin üstü açıldı

Bakıda törədilən qətl hadisəsinin üstü açılıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının apardığı əməliyyat tədbirləri və istintaq hərəkətləri ilə yanvarın 11-də Nəsimi rayonu ərazisində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ramil Novruzovun Ağsu rayon sakini, əvvəllər məhkum olunmuş Əlişir Bəkirov tərəfindən qətlə yetirilməsi müəyyən edilib.  Ə.Bəkirovun hadisəni törədərkən istifadə etdiyi müvafiq sənədləri olmayan lüləsi və qundağı kəsilmiş ov tüfəngi Ağsu rayon sakini, əmisi, əvvəllər məhkum olunmuş Xaliq Bəkirzadənin həyətində aşkar edilərək götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31