Ağdamda mina tapıldı
5 ədəd tank əleyhinə mina və 100 mm-lik tank mərmisi partladılaraq zərərsizləşdiriləcək
16 Yanvar 2014 13:08 KriminalAğdamın Ergi düzü adlanan ərazisində mina aşkar edilib. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, ANAMA 5 ədəd tank əleyhinə mina və 1 ədəd 100 mm-lik tank mərmisi aşkarlayıb.
Minalardan üçü TM 57, ikisi isə TM 62 markalıdır. Sursatlar müharibə zamanı döyüş əməliyyatlarının getdiyi ərazidə aşkar olunub. Döyüş başlıqları üzərində olmadığından sursatlar ANAMA-nın partlayış ərazisinə daşınıb.
Günün ikinci yarısında partladılaraq zərərsizləşdiriləcəklər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31