Bakıda qadın təcili yardım həkimlərini ayağa qaldırdı

Dərmandan zəhərlənən qadın huşsuz halda xəstəxanaya yerləşdirilib

Ötən gün Bakının Qaradağ rayonu ərazisində 42 yaşlı qadın intihara cəhd edib. Rayon Polis İdarəsi 11-ci polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, Zahidə Behbudova çoxlu dərman qəbul edib. Ailə üzvləri təcili yardım çağırıblar.
Dərmandan zəhərlənən qadın huşsuz halda xəstəxanaya yerləşdirilib. Araşdırmalar zamanı onun intihar məqsədilə dərman qəbul etdiyi məlum olub. Qadının nə məqsədlə intihar etmək istədiyi araşdırılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31