Bakıda maşın mağazaya girdi: 10 yaşlı uşaq öldü
Ağır yol qəzasında sürücü də daxil olmaqla 3 nəfər yaralanıb
16 Yanvar 2014 11:31 KriminalÖtən gün günorta saatlarında Bakının Sabunçu rayonu, Pirşağı qəsəbəsində ölümlə nəticələnən ağır yol qəzası baş verib.
Sabunçu rayon Polis İdarəsi 15-ci polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, yüksək sürətlə hərəkət edən "VAZ 21-06" markalı avtomobil dönmə əməliyyatını düzgün yerinə yetirməyərək qəzaya uğrayıb.
Avtomobil mağazaya çırpılıb. Nəticədə sürücü 1980-cı il təvəllüdlü Elxan Məmmədov, onun sərnişinləri 2004-cü il təvəllüdlü Əlövsət Nadir oğlu Allahverdiyev, 12 yaşlı Vasif Bayramov və Ayxan Naibov ağır yaralanıblar. Yaralıalr xəstəxanaya çatdırılıb. Lakin həkimlər 10 yaşlı oğlanın həyatını xilas edə bilməyiblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31