Qanuni oğru xəstəxanada öldü VIDEO

Əslən gürcü olan David Melkadze qətl hadisəsi zamanı 8 yaşlı qızını qoruduğuna görə sinəsindən güllə yarası alıb

 Yanvarın 11-də Rusiyanın Krasnoqorsk şəhərində "Lerua Merlen" hipermarketinin avtodayanacağında güllələnən qanuni oğru David Melkadze xəstəxanada dünyasını dəyişib.ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, "Dato Potiyski" ləqəbilə tanınan 50 yaşlı qanuni oğru avtodayanacaqda iki nəfər tərəfindən güllələnib. Polisdən verilən məlumata görə, qətl hadisəsi sifariş xarakterli olub. Naməlum şəxslər onu avtodayanacaqda gözləyiblər. Melkadze həyat yoldaşı və iki uşağı ilə mağazadan çıxanda hər iki killer ona atəş açmağa başlayıblar. O, 8 yaşlı qızını qoruduğuna görə sinəsindən güllə yarası alıb. Həyat yoldaşı isə südəmər uşaqla geri mağazaya doğru qaçıb. Killerlər avtomobillə hadisə yerindən qaçmağı bacarıblar. Onlardan birinin tapançası hadisə yerində qalıb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31