Bakıda kütləvi davada xəsarət alanların 4 nəfəri reanimasiyaya yerləşdirilib VIDEO

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində cinayət işi başlanılıb

Bakıda gənclər arasında yaranan mübahisə sonda kütləvi davaya çevrilib. Yasamal rayonu Hüseyn Cavid parkı ərazisində qeydə alınan hadisə zamanı 5 nəfər 21 yaşlı Toğrul Əhmədov, 27 yaşlı Elxan Əliyev, 23 yaşlı Şükür Əbülfəzli və 23 Rahib Tanrıverdiyev və şəxsiyyəti araşdırılan daha bir nəfər bıçaq xəsarətləri alıb.  Yaralıları dərhal 1 saylı xəstəxanaya çatdırıblar. Onlardan birinə ambulator yardım göstərilsə də, digər 4 nəfər xəsətxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Həkim, Alim Məmmədov : "Bu xəstələrdən ikisinin əməliyyatı çox geniş həcmli oldu. Hazırda onlar öz müalicələrini reanimassiya şöbəsində davam etdirir. Vəziyyətləri ağır olaraq qalır. Lakin digər 2 xəstə artıq cərrahi şöbəyə köçürülüb. Müalicəsi cərrahi şöbədə davam etdirilir".

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində cinayət işi başlanılıb. Hələlik hadisənin dəqiq baş vermə səbəbləri istiqamətində istintaq araşdırmaları aparılır. Faktla bağlı isə hələ ki, saxlanılan yoxdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31