Beş nəvəsi olan müəllim şagirdinə təcavüz etdi
19 İyul 2012 15:49 KriminalErmənistanın Sünik vilayətinin Artaşen icmasının sədri, iqtidarda olan Ermənistan Respublika Partiyasının üzvü Azat Qukasyan həbs olunub.O, şagird qıza təcavüz etməkdə suçlanır.Milli.Az "NEWS.am"a istinadən bildirir ki, iyulun 17-də iş Sünik vilayət məhkəməsinə verilsə də, proses hələ başlamayıb.Kənd məktəbində idman müəllimi işləyən Qukasyan 8-ci sinif şagirdini zorlayıb.4 övladı və 5 nəvəsi olan 50 yaşlı Qukasyan isə kimsəni zorlamadığını deyib."Bütün bunlar düşmənlərimin çirkin böhtanlarıdır. Hələ konkret heç nə deyə bilmərəm, amma bir neçə gün sonra hər şey məlum olacaq. Əmin olun ki, mənə böhtan atanlar sözlərinə görə cavab verəcəklər", - Qukasyan deyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31