DİN “Şəfa-Broyler”in müdirinin faciəli ölümü barədə açıqlama yaydı

Gürcüstan vətəndaşı Ramiz Mustafayev idarə etdiyi “Mercedes” markalı avtomobili arxaya verərkən şirkətin müdirini öldürüb

Daxili İşlər Nazirliyi "Şəfa-Broyler" şirkətinin müdirinin ölümü barədə məlumat yayıb. Nazirliyin mətbuat xidmətindən  verilən məlumata görə, Suraxanı rayonundakı "Şəfa-Broyler" şirkətinin ərazisində, oranın işçisi, Gürcüstan vətəndaşı Ramiz Mustafayev idarə etdiyi "Mercedes" markalı avtomobili arxaya verərkən şirkətin müdiri, Bakı şəhər sakini Taleh Tağıyevi divara sıxıb. T.Tağıyevi hadisə yerində ölüb.
Suraxanı rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır. ans

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31