Astarada biabırçı ailə faciəsi, arvad ərini döyüb öldürdü

Azərbaycanda biabırçı ailə faciəsi baş verib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə yanvarın 13-də Astara rayonunda baş verib. Astara rayonu Pensər kənd sakini Nərəxanım Qasımova yaşadığı evində ailə-məişət münaqişəsi zəminində əri Nəriman Qasımovu döyüb.  N.Qasımov aldığı xəsarətdən xəstəxanada ölüb. Faktla əlaqədar cinayət işi başlanıb. Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31