Dövlət Neft Şirkətindən oğurluq etmək istəyən şəxs tutuldu
Abşeron Qazma İşləri İdarəsinə məxsus əşyaları oğurlamaq istəyən şəxsi polis yaxalayıb
15 Yanvar 2014 14:22 KriminalBakının Sahil qəsəbəsinin ərazisində Dövlət Neft Şirkətinin Abşeron Qazma İşləri İdarəsindən oğurluğa cəhd olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumata görə, idarəyə məxsus 11 ədəd metal qüllənin ayaqlarını (245 metr uzunluğunda), 7 metr uznluğunda 2 ədəd dəmir pilləkəni, 5 ədəd dəmir qurşağı, 1 ədəd hava balonunu və qaldırıcı qurğunun 12 metrlik hissəsini oğurlamaq istəyiblər.
Həmin əşyaları "KamAZ" markalı avtomobilə yükləyib oğurlamağa cəhd edən şəxs tutulub. Araşdırmalar zamanı həmin şəxsin Sahil qəsəbə sakini Yaşar Məhərrəmov olduğu müəyəyn olub.
Əməliyyatı Qaradağ rayon Polis İdarəsi 38-ci polsi bölməsi əməkdaşları həyata keçirib. ans