Bakıda ovçu mağazasından qanunsuz saxlanılan silahlar aşkarlanıb
15 Yanvar 2014 12:39 KriminalBakıda ovçu mağazasından qanunsuz saxlanılan silahlar aşkarlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə daxil olan məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yasamal rayonu Ş.Qurbanov küçəsində yerləşən "Ovçu" mağazasının anbarına baxış zamanı oranın müdiri, Bakı şəhər sakini Dəyanət İbrahimova və satıcısı Qiyas Zeynalova məxsus qanunsuz saxladıqları 1 ədəd üzərində nişangahı olan "Tiqr" markalı yivli silah, həmin silah üçün nəzərdə tutulmuş içərisində 5 ədəd patron olan daraq, 1 ədəd üzərində nişangahı olan "Walter" markalı yivli silah, həmin silah üçün nəzərdə tutulmuş 349 ədəd patron və 1 ədəd nişangah aşkar edilərək götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31