“Şəfa-broyler” şirkətinin rəhbəri facəvi şəkildə ölüb
15 Yanvar 2014 12:38 KriminalYanvarın 14-də Suraxanı rayonundakı "Şəfa-broyler" şirkətinin ərazisində, oranın işçisi, Gürcüstan vətəndaşı Ramiz Mustafayev idarə etdiyi "Mercedes" markalı avtomobili arxaya verərkən şirkətin müdiri, Bakı şəhər sakini Taleh Tağıyevi divara sıxıb.
Trend-in DİN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, T.Tağıyev hadisə yerində ölüb. Suraxanı RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31