Bərdədə fəhlə 5-ci mərtəbədən yıxılıb ölüb

Bərdə sakini tikintidən yıxılıb ölüb.Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə yanvarın 13-də Bərdə rayonu ərazisində baş verib. Rayon sakini Etibar Hüseynov paytaxtın Nərimanov rayonu ərazisində fəhlə işlədiyi yeni tikilinin 5-ci mərtəbəsindən yıxılaraq ölüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31